Logo

"Coğrafi yanaşma və coğrafiya fənninin məzmununa dair yeniliklər” adlı vebinar olacaq

23.04.2023 14:08 438 baxış
IMG

28 aprel tarixində saat 20:00-da Təhsil İnstitutu (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Coğrafi yanaşma və coğrafiya fənninin məzmununa dair yeniliklər” adlı vebinar baş tutacaq.

Bu barədə "Tehsil.biz"ə ARTİ-dən bildirilib.

Vebinarda spiker qismində Türkiyənin Qazi Universitetinin coğrafiya kurikulumunun təkmilləşdirilməsi üzrə xarici konsultant Prof. Dr. Servet Karabağ və digər üzvləri Famil Ələkbərov və Şərafət Hüseynli çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti