Logo

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

23.04.2023 16:23 400 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 831 105 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 623 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir.

Ölkədə son sutka ərzində 655, hazırkı dövrədək isə 7 582 685 test aparılıb.

Xəbər lenti