Azərbaycanda 16 yaşlı qız itkin düşüb.
Tehsil.biz Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verlişinə qızının tapılması üçün müraciət edən qadın bildirib.
Ana qeyd edib ki, qızı Aysun Məmmədova şənbə günü saat 3-də evə çıxıb:
"Əynində qara şalvar, narıncı kofta olub. Nənəsi onu yolda görüb. Aysun nənəsini görən kimi qaçıb. Qaraçuxurda, Neftçilər parkında əmisi oğlu da Aysunu görüb. Əmisi oğlu deyir ki, Aysun telefonla danışırdı, kiməsə gəlirəm deyirdi.
Aysunun heç bir psixoloji probleminin olmadığını deyən anası əlavə edib ki, o ilk dəfədir ki, evdən qaçır.
"Aysun Pedaqoji Kollecin tələbəsidir. Bu il daxil olub. Sevgilisi olsa da, mənə deməyib. Dərsləri onlayn keçirilirdi deyə Aysun həmişə evdə olurdu. Cəmi bir həftə kollecə getdi. Qızımın telefonu olsa da, nömrəsi yox idi. Daha doğrusu biz ona nömrə almamışdıq. Kimsə ona nömrə alıb, verib. Qızımın başına nə gəlirsə, gəlsin yenə də qəbul edir, atası ilə arxasında dayanmışıq. Mən evə gedə bilmirəm. Çünki o evdə qızımın qoxusu var".