Aprelin 13-23-də Yunanıstanın Rodos şəhərində keçirilən məktəblilərin şahmat üzrə dünya çempionatında Təhsil Respublika İdman Mərkəzinin yığma komandasının tərkibində çıxış edən Süleyman Süleymanlı 17 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 7 xal toplayaraq gümüş medal qazanıb.
Tehsil.biz xəbər verir ki, Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin üzvü olan Süleyman 2019-cu ildə Antalyada keçirilən məktəblilərin dünya çempionatinda da eyni nəticəni göstərmişdi.
Bundan əvvəl isə o, 2015-ci ildə məktəblilər arasında Avropa çempionu olub.
Qeyd edək ki, çempionatda 54 ölkədən 509 şahmatçı mübarizə aparıb.