Logo

Ekspert Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunu müəllimləri aldatmaqda ittiham edir

06.03.2021 15:17 2115 baxış
IMG

Təhsil eksperti Kamran Əsədov Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunu (TİPİİ) müəllimləri aldatmaqda ittiham edib.

 

Tehsil.biz xəbər verir ki, ekspert TİPİİ-nin yüzlərlə müəllimdən 70 manat alıb təlim keçdiyini, ancaq həmin müəllimlərə sertifikat vermədiyini deyib:

 

"Deməli, orta məktəbdə Həyat Bilgisi fənnini tədris etmək üçün bu TİPİİ 2020-ci ilin avqust ayında 100 lərlə müəllimdən 70 manat alıb 7-8 gün onlayn təlim keçib. Sonra da həmin iştirakçıları imtahan edib sertifikat verməli idi. Amma pulu alıb yoxa çıxıblar. Nə telefonlarına zəng çatır, nədə ünvanlarına məktub. Pandemiyanı, karantini bəhanə edib camaatı 8 aydır fırladırlar”.

 

Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılıb. İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir. Hazırda institutun 113 əməkdaşı var.

Xəbər lenti