Logo

Toy mərasimlərimizə aid eksponatlar nümayiş olunacaq

24.04.2023 17:10 196 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində yeni təşkil olunan ekspozisiyada toy mərasimlərimizə aid eksponatlar yer alacaq.

"Tehsil.biz"in xəbərinə görə, bu barədə "AzərTAC"a müsahibəsində muzeyin şöbə müdiri Gülzadə Abdulova məlumat verib. O bildirib ki, XVIII əsrdən XX əsrin əvvəllərinə aid olan həmin eksponatlar arasında müxtəlif bəzək əşyaları, mərasimlərdə istifadə edilən qablar və s. diqqəti xüsusilə cəlb edir.

Qeyd edək ki, eksponatların bəziləri ilk dəfə nümayiş olunacaq.

Xəbər lenti