Logo

Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib - FOTO

24.04.2023 22:13 325 baxış
IMG

Aprelin 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında “TamGənc” Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib.

Tehsil.biz xəbər verir ki, AzTU və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası arasında keçirilən final qarşılaşmasını elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvü Elnur Əliyev, Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədr müavini Taleh Tahirli, AzTU rəhbərliyi və komandaların azarkeşləri izləyiblər.

Gərgin mübarizə şəraitində keçən oyunda AzTU komandası 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, ABB sponsorluğu ilə keçirilən oyunlarda AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edib.

Final oyunu “CBC sport” televiziyasında, eləcə də “AzTU TV” yutub kanalında canlı yayımlanıb.

Xəbər lenti