Logo

Audioviziual media subyektlərinə dair yeni cərimələr müəyyənləşib

25.04.2023 10:54 400 baxış
IMG

Audioviziual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə yeni cərimələr formalaşır.

Tehsil.biz xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, buna görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin, İXM-a əsasən, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklə proqrama müstəsna yayım hüququ əldə etmiş audioviziual yayımçıdan başqa, digər audioviziual yaymçıların həmin proqramı yayımlamasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Xəbər lenti