Logo

ADPU-nun magistrantı Litva universitetində tədqiqat işi aparır

25.04.2023 11:42 419 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistrantı Aqşin Əlizadə “Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində təhsilini davam etdirir və tədqiqat işi aparır.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

1922-ci ildə əsası qoyulan Vytautas Magnus Universiteti Litvanın nüfuzlu ali təhsil müəssisələrindəndir. Universitetin kampusları ölkənin iki böyük şəhərində - paytaxt Vilnüs və mədəniyyət mərkəzi olan Kaunasda yerləşir. Universitetdə tədris prosesində praktiki üsullara üstünlük verilir.

Aqşin Əlizadə hazırda dissertasiya işi üzərində çalışır.

Xəbər lenti