Logo

“Peşəkar danışır” layihəsi davam edir - FOTO

25.04.2023 14:50 316 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə World Karyera Peşə Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Peşəkar danışır” layihəsi davam edir.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, layihə çərçivəsində növbəti görüş Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.

Tələbələr 10 ildən artıqdır ki, moda və dizayn sahəsində böyük təcrübəyə malik olan Kübra Nuriyeva ilə görüşüblər. Qonaq tərəfindən müvafiq istiqamətlərdə təhsil alan tələbləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda keçirilən əyləncəli viktorinanın qaliblərinə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi müxtəlif peşə sahələrində tanınan peşəkarlarla tələbləri bir araya gətirmək və gənclərimizin peşəkarların təcrübələrindən yararlanmalarını təmin etməkdir.

Xəbər lenti