Türkiyənin ən böyük şəhəri olan İstanbul ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir.
İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir.
Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə “Avrupa Yakası”, Asyadakı hissəsinə isə “Asya Yakası” deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 rayondan ibarətdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir.
İstanbul tarixi abidələri və bədii əsərlərin olması səbəbindən məşhur turizm mərkəzlərindən biridir. 2011 ci ildə şəhəri 8 milyondan çox turist ziyarət etmişdir.
İstanbulda 8-si dövlət, 27-ü özəl olmaqla, ümumilikdə 35 universitet var. Xüsusilə dövlət təhsil müəssisələri ölkədə ən görkəmli və yaxşı təchiz olunmuş universitetlərdən biridir. Ancaq son illərdə özəl universitetlərin sayı artmışdır. Türkiyənin ən köhnə 3 dövlət universitetindən ikisi İstanbulda yerləşir. İstanbul Universiteti 1453-cü ildə qurulmuşdur və Türkiyənin ən qədim universitetidir. İstanbul Texniki Universiteti (1773-cü ildə) dünyanın dördüncü ən köklü texniki universitetidir və tamamilə mühəndislik elmlərinə həsr olunmuşdur. İstanbuldakı digər məşhur dövlət universitetləri: Boğaziçi Universiteti, Memar Sinan Gözəl Sənətlər Universiteti, Ulduz Texniki Universiteti və Mərmərə Universitetidir. Bundan əlavə, ölkədəki ən qədim 5 təməlli özəl universitetdən üçü bu şəhərdə yerləşir. Bunlar 1992-ci ildə əsası qoyulmuş Koç Universiteti, Sabancı Universiteti və İstanbul Bilgi Universitetidir.
Demək olar ki, İstanbuldakı bütün özəl lisey və universitetlərdə İngilis, Fransız və Alman dilləri, ana xarici dil və ya ikinci xarici dil təhsili verilir.
İstanbulda bakalavr və magistratura təhsili almaq istəyən şəxslər üçün qəbul ala biləcəyimiz Dövlət və Vakıf Universitetləri:
Xaricdə təhsil almaq istəyən abituriyent və tələbələr üçün unikal fürsət!
Peşəkar ixtisas seçimi, asan və rahat sənədləşdirmə, ödənişsiz konsultasiya, endirimli təhsil, səyahət və karyera imkanları – hamısı bir arada. "Kamal Təhsil Mərkəzi" ilə yola çıxın, bizə güvənin və biz sizin üçün istədiyiniz universitetdən tələbə adını qazanaq!
Qəbulun alınması, təqaüd proqramlarına müraciət, yerləşdirmə prosesi, yataqxana və ya mənzil təminatı, daimi qeydiyyatın təşkili, təhsil müddəti ərzində bələdçilik! Bütün bunlara yalnız bircə zənglə nail ola bilərsiniz! Sizin Türkiyə universitetlərində təhsil almanıza zəmanət verən Kamal Təhsil Mərkəzi yüzlərlə universitetin partnyor şirkətidir.
"Kamal Təhsil Mərkəzi"
Ünvan: Nəriman Nərimanov metrosunun yaxınlığı, Faiq Yusifov küçəsi 31.
Əlaqə: 012-480-25-78; 055/70-580-25-78