Logo

Bakının mərkəzində tələbə bıçaqlandı

26.04.2023 15:15 394 baxış
IMG

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi rayonu Səməd Vurğun küçəsi 80-in qarşısında 19 yaşlı O.Murtuzzadə bıçaqlanıb. Döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı V.Kərimov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan gənc Türkiyədəki universitetlərdən birinin tələbəsidir.

Xəbər lenti