Logo

Peyvənd olunanların sayı açıqlanıb

26.04.2023 16:43 236 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 434 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 959 861, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 719, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 675, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 132 nəfər təşkil edir.

Xəbər lenti