Logo

Şagirdlərimiz TIMSS 2023 və ICILS 2023-ün əsas mərhələsində iştirak edəcəklər - FOTO

27.04.2023 13:23 544 baxış
IMG

2023-cü ilin aprel – iyun aylarında ölkəmizin IV və VIII sinif şagirdləri riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı – TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study), həmçinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı – ICILS 2023-ün (International Computer and Information Literacy Study) əsas mərhələsində iştirak edəcəklər.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılan tədqiqatlarda 12 000-dən çox təhsilalanın iştirakı nəzərdə tutulub.

TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 4 ildən bir IV və VIII sinif şagirdləri arasında, ICILS beynəlxalq qiymətləndirmə tədqiqatı isə 5 ildən bir yalnız VIII sinif şagirdləri arasında keçirilir.

Tədqiqatların əsas məqsədi şagirdlərin nəticələri əsasında təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaq, eləcə də beynəlxalq müqayisələr aparmaqdır.

Qeyd edək ki, hər iki tədqiqat Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunur və kompüterəsaslı həyata keçirilir. 

Xəbər lenti