Logo

Yaponiya mediasında diaspor fəalının Azərbaycan təhsilinə dair fikirlərinə yer verilib

27.04.2023 20:49 423 baxış
IMG

Yaponiyada yaşayan diaspor fəalı Nemət Mirzənin Azərbaycan təhsili barədə fikirlərinə “Qərbi Yapon” (西日本新聞 )qəzetində dərc olunmuş “Təhsil və tərbiyəyə dünyadan baxış” sərlövhəli məqalədə yer verilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məqalədə Azərbaycan və onun təhsil sistemi barədə məlumat verilib. Ölkəmizdə “müəllim” adının qədim zamanlardan mühüm dəyər kəsb etdiyi, təhsilə və elmə qayğının özünəməxsus bünövrəsinin qoyulduğu vurğulanıb. Azərbaycan, Yaponiya, Çin və Tayvan kimi ölkələrin təhsil sistemlərindəki fərqli məqamlardan danışılıb.

Nemət Mirzə bildirib ki, hazırda Yaponiyada iki illik yaşayış təcrübəsi var. Azərbaycanda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Yaponiya üzrə regionşünaslıq ixtisasını öyrənib. 3-cü kursdan Yaponiyanın dövlət universitetlərinin birində bir illik tədqiqatçı-tələbə olub. İndi isə müxtəlif tədris proqramlarında iştirak edir.

Məqalədə Azərbaycanın Neftçala rayonunun Kürqarabucaq kənd məktəbində tədris prosesini əks etdirən foto yerləşdirilib.

Xəbər lenti