Təhsil İnstitutu (ARTİ) tərəfindən təhsilverənlərin sertifikatlaşdırılma prosesinə dəstək məqsədilə 28 aprel, saat 16:00-da “Cümlə üzvləri” mövzusunda vebinar keçiriləcək.
ARTİ-dən "Tehsil.biz"ə verilən məlumata görə, vebinarda spiker qismində Alı Mustafayev adına 202 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi, 2012- ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Gülşən Hüseynova çıxış edəcək. Həmçinin o, Elm və Təhsil Nazirliyində müqaviləli ekspert olaraq çalışır.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.