Logo

Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək

28.04.2023 10:15 461 baxış
IMG

"Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur".

"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib:

“Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər”.

Xəbər lenti