Logo

Şagirdlərin fiziki və psixososial sağlamlığının qorunması layihəsi yekunlaşıb - FOTO

28.04.2023 15:19 587 baxış
IMG

Aprelin 28-də Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Educare” platformasının adaptasiyası ilə şagirdlərin fiziki və psixososial sağlamlığının qorunması layihəsinin bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, layihənin əsas məqsədi “Educare” platformasının adaptasiya edilməsi ilə məktəblərdə sosial, emosional, psixoloji durumun yaxşılaşdırılmasına, uşaq təhükəsizliyinin təmin olunması işində müəllimlərin bilik və bacarıqlarının artırılmasına, bu istiqamətdə pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsinə dəstək olmasıdır.

Xəbər lenti