Logo

“MEDİAlab” layihəsi çərçivəsində növbəti vörkşop təşkil olunub - FOTO

28.04.2023 20:21 308 baxış
IMG

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Space Televiziyasının Xəbər departamentinin rəhbəri Elman Bakuvi tərəfindən “Müsahibənin götürülməsi və xəbərin hazırlanması” mövzusunda vörkşop təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd olunub ki, komanda şəklində keçirilən vörkşop zamanı Elman Bakuvi tərəfindən müsahibənin götürülməsi, xəbərin hazırlanması, “stand up” kimi mövzularda səsləndirilən suallar əsasında gənclərə praktik tapşırıqlar verilib və qalib komandalara hədiyyələr təqdim olunub.

Xəbər lenti