“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək məqsədilə “Gələcək Mən” adlı konfrans keçirilib.
Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzi, Azərbaycan Dillər Universiteti, Dövlət Məşğulluq Agentliyi, Vəkillər Kollegiyası və bir sıra özəl şirkətlərin nümayəndələri, habelə 200-ə yaxın gənc iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin əməkdaşı Sevinc Məmmədova konfransda gənclərin öz istəklərinin müəyyənləşdirilməsi, ixtisas seçimi zamanı atılan səhv addımlar və onların qarşısının alınması yolları mövzusunda təqdimatla çıxış edib. Həmçinin çıxış müddətində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məqamlar haqqında gənclərə məlumatlar verilib.