Logo

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər - FOTO

29.04.2023 00:39 343 baxış
IMG

Aprelin 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları görkəmli yazıçı, pedaqoq, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə əlaqədar yazıçının vaxtilə İçərişəhərdə yaşadığı - “Ədibin Evi” mədəniyyət ocağını ziyarət ediblər.

Prokurorluqdan "Tehsil.biz"ə bildirilib ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva prokurorluq əməkdaşlarına XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, “Ədibin evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və 2017-ci ildən etibarən mədəniyyət ocağı kimi istifadəyə verilib. 

Yazıçının “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi əsərlərinin, həmçinin bir çox məşhur hekayələrinin bu evdə qələmə alındığı diqqətə çatdırılıb. 

Ekskursiya çərçivəsində prokurorluq əməkdaşları Mir Cəlal Paşayevə aid şəxsi əşyalar və onun haqqında yazılmış kitablarla tanış olublar.

Sonda xatirə fotosu çəkdirilib.

Xəbər lenti