Logo

Azərbaycanlı tələbə dünyanın 11 nüfuzlu universitetindən qəbul alıb - FOTO

29.04.2023 12:53 881 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fərid Qəhrəmanov dünyanın 11 nüfuzlu universitetinin 12 ixtisasına qəbul olub.

Tehsil.biz xəbər verir ki, Fəridin qəbul olduğu universitetlərin 6-si Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, 2-si Finlandiya, digərləri isə İsveç, ABŞ və Belçikanın ali təhsil müəssisəsidir.

BANM tələbəsinin müraciətinə müsbət cavab verən universitetlərin siyahısı və ixtisaslar isə belədir:

1. LUT Universiteti (Lappeenranta-Lahti Texnologiya Universiteti) - Su texnologiyası üzrə Magistratura proqramı

2. KTH Kral Texnologiya İnstitutu - İnnovativ dayanıqlı enerji mühəndisliyi üzrə Magistratura proqramı

3. Miçiqan Universiteti - Kimya mühəndisliyi üzrə Magistratura və Doktorantura proqramı

4. Aberdin Universiteti - Bərpa olunan enerji mühəndisliyi üzrə Magistratura proqramı

5. Mançester Universiteti - Qabaqcıl Kimya mühəndisliyi üzrə Magistratura proqramı

6. Mançester Universiteti - Bərpa olunan enerji və təmiz texnologiyalar üzrə Magistratura proqramı

7. Lids Universiteti - Ətraf mühit mühəndisliyi və layihə idarəedilməsi üzrə Magistratura proqramı

8. Kardif Universiteti - Dayanıqlı enerji və ətraf mühit üzrə Magistratura proqramı

9. Qlazqo Universiteti - Dayanıqlı enerji üzrə Magistratura proqramı

10. Şahzadə Meri Universiteti - Dayanıqlı enerji sistemləri üzrə Magistratura proqramı

11. Gent Universiteti – Ətraf mühit və texnologiya üzrə Magistratura proqramı

12. Tampere Universiteti – Ətraf mühit mühəndisliyində elm və texnologiya üzrə Magistratura proqramı

BANM-in tələbəsinin seçimi ABŞ-nin Miçiqan Universiteti olub. O, bu universitetdən illik 66 min dollar məbləğində təqaüd qazanıb.

Fərid Qəhrəmanov aktivliyi ilə seçilən tələbələrimizdəndir. O, ötən il Bakıda keçirilən “Teknofest” yarışmasının “Aqrar texnologiyalar” bölməsində və “Sosial texnologiyalar” bölməsində 3-cü yeri qazanan “Həkəri” komandasının üzvü olub və komanda Azərbaycanı Samsunda təmsil edib.

Fərid həmçinin Avropa Geoloq və Mühəndislər Assosiasiyası tərəfindən keçirilən Tələbə və Gənc Tədqiqatçıların beynəlxalq konfransında 1-ci yeri, Hyuston Universitetinin keçirdiyi “Yer, enerji və ətraf mühit” Tələbə konfransında 2-ci yeri qazanıb. Fərid həm də Azərbaycanı NASA HERC yarışında təmsil edən BANM komandasının üzvü olub. 

Xəbər lenti