Logo

"Zəfər tarixi" mövzusunda tədbir keçirilib

29.04.2023 23:25 594 baxış
IMG

Aprelin 26-da Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində "Zəfər tarixi" mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Yardımlı rayon Hamarkənd kənd tam orta məktəbinin müəllim və şagirlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Muzeyin baş fond mühafizi İlqar Həsənov çıxışında 44 günlük tarixi qələbəmiz haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Məktəbin müəllimi Asif Məmişzadə müharibə iştirakçısı kimi keçdiyi döyüş yolundan danışaraq ordumuzun necə qüdrətli olduğunun bir daha şahidi olduğunu qeyd edib.

Yekunda muzeyin əməkdaşı Əlisəfa Əhmədoğlunun bələdçiliyi ilə şəhidlər guşəsinə baxış keçirilib.

Xəbər lenti