Logo

Peyvənd olunanların sayı açıqlanıb

30.04.2023 17:02 497 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 228 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 6 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 960 874, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 697, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 243, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 779, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 155 təşkil edir.

Xəbər lenti