Logo

Lənkəranda Ulu Öndərin 100 illiyinə həsr olunmuş rus dilində respublika olimpiadasının turu keçirilib

30.04.2023 18:24 538 baxış
IMG

Aprelin 29-da Lənkəran şəhəri 4 saylı ümumtəhsil məktəbində XV Respublika Olimpiadasının növbəti - on səkkizinci turu keçirilib. Turda Astara, Masallı və Cəlilabad rayonlarından olan məktəblərin 7-9-cu sinif şagirdləri iştirak ediblər.

Bakıdakı Rus Evinin mətbuat mərkəzindən bildiriblər ki, bu il olimpiada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

Rus dilində olimpiada Azərbaycan Dillər Universiteti və “VTB Azərbaycan” Bankının dəstəyi ilə Bakıdakı Rus Evi, Rusiyanın Azərbaycandakı səfirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina, BMA məzunu Əminə Əhmədova, 4 saylı məktəbin şagirdləri çıxış ediblər.

Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Olimpiada çərçivəsində məktəbə bədii və metodiki ədəbiyyat nəşrləri təqdim olunub.

Qeyd edək ki, aprel ayı ərzində Bakı, Gəncə, Sumqayıt şəhərlərinin ümumtəhsil müəssisələrində və Azərbaycanın regionlarında rus dilində Respublika Olimpiadasının ikinci mərhələsinin on səkkiz turu keçirilib. Tədbirlərdə 1100 şagird iştirak edib.

Olimpiadanın qalibləri və mükafatçılarının, eləcə də məktəb rəhbərlərinin və məsul əməkdaşlarının təntənəli mükafatlandırılması mərasimi bu ilin iyununda keçiriləcək.

Xəbər lenti