Logo

BDU tələbəsi dünya çempionu oldu

01.05.2023 20:35 264 baxış
IMG

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Talıb Zeynalov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsinin "gənc idmançılar" kateqoriyasında 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, Talıb Zeynalov Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin II kurs tələbəsidir

Xəbər lenti