Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə mart ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ərzində ümumilikdə 3963 müraciət daxil olub.
Müraciətlərin 546-sı feysbuk, 2794-ü çağrı mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 240, sayt üzərindən isə 332 müraciət daxil olub. 51 vətəndaş isə qəbulda iştirak edib