Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 6174 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 669 nəfərin müraciəti natamam olub, 464 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 276 nəfərin müraciətinə imtina cavabı verilib, 277 nəfərin müraciəti isə banka yönləndirilib.
Yaz sessiyası üzrə 4488 nəfərə TTK verilib. Onların arasından 1556 nəfərin müraciəti sosial TTK, 2932 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.