İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edilir.
Bu barədə "Tehsil.biz"ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müsahibə aşağıdakı vakant vəzifələrin tutulması üçün elan edilib:
1. Səbail rayonu İçərişəhər "Cümə" məscidi - imam müavini;
2. Binəqədi rayonu "Heydər" məscidi - qadın dini ayinlərin icraçısı;
3. Nərimanov rayonu "Cümə" məscidi - imam müavini;
4. Nəsimi rayonu "Hacı Əjdərbəy" məscidi - qadın dini ayinlərin icraçısı;
5. Nəsimi rayonu "Məşədi Dadaş" məscidi - imam müavini;
6. Yasamal rayonu "Təzəpir" məscidi - qadın dini ayinlərin icraçısı;
7. Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidi - imam müavini;
8. Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi - imam müavini;
9. Şəmkir şəhəri "Cümə" məscidi - imam;
10. Şəmkir şəhəri Çinarlı qəsəbəsi "Hacı Xədicə" məscidi - imam müavini;
11. Şirvan şəhəri "Zeynalabidin" məscidi - imam;
12. Bərdə şəhəri "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı;
13. Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı;
14. Astara rayonu Kijəbə qəsəbəsi "Lovayın" məscidi - imam müavini;
15. Quba rayonu Zərdabi qəsəbə məscidi - imam müavini;
16. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - imam müavini;
17. İmişli şəhəri "Cümə" məscidi - imam;
18. Gəncə şəhəri "Şah Abbas" məscidi - qadın dini ayinlərin icraçısı;
19. Gədəbəy rayonu Yeni yaşayış massivi "İlyas Həsənoğlu" məscidi - imam müavini.