Logo

MEDİA gənclər üçün şəbəkələşmə tədbiri keçirib - FOTO

02.05.2023 18:17 210 baxış
IMG

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün AzTv-nin sədr müavini, aparıcı və jurnalist Rüfət Həmzəyevin iştirakı ilə şəbəkələşmə tədbiri keçirilib. 

MEDİA-dan "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı Rüfət Həmzəyev televiziya və jurnalistika sahəsində olan təcrübəsindən danışıb, əzmkarlığın və zəhmətin önəmini vurğulayaraq gənclərə motivasiya verib.

İnteraktiv formada təşkil edilən tədbirdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Xəbər lenti