Logo

ADU-da “Heydər Əliyevin mətbuatımızda rolu" mövzusunda nümunəvi dərs keçirilib - FOTO

03.05.2023 17:06 245 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Səadət Novruzovanın təşəbbüsü ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin mətbuatımızda rolu" mövzusunda nümunəvi dərs keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, jurnalistika ixtisasında təhsil alan B22-146 a,b qrup tələbələrinin iştirakı ilə “Azərbaycan jurnalistikası tarixi-1” fənni çərçivəsində keçirilən nümunəvi dərsdə Ulu Öndərin keçdiyi həyat yolu, Azərbaycan xalqına olan misilsiz xidmətləri və mətbuatımıza verdiyi töhfələr barədə danışılıb, müxtəlif çıxışlar təqdim olunub.

Dərsin sonunda Ulu Öndərin mətbuatımıza verdiyi faydalar və jurnalistlərə olan münasibətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Xəbər lenti