2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan edilən Tacikistanda təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2023-cü il nəzərdə tutulub.
Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilləridir.
Qeyd edək ki, təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.