Logo

II Bakı Beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO

04.05.2023 12:10 271 baxış
IMG

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tibbi Reabilitasiya və Fiziki Terapiya” üzrə II Bakı Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, konfransın təşkilinin əsas məqsədi fiziki terapiya və reabilitasiya sahəsində milli və beynəlxalq mütəxəssisləri bir araya gətirmək, bilik transferi və mübadiləsini təmin etmək, klinik cəhətdən müvafiq elmi sübutların yayılmasını və qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək, klinisistlər, alimlər və araşdırmaçılar arasında geniş əməkdaşlıq yaratmaqdır.

Konfransda Elmi -Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, İstanbul Mədəniyyət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professorları, İsveçrə Reabilitasiya Mərkəzinin rəhbəri və digər yerli, əcnəbi məruzəçilər maraqlı mövzularla çıxış ediblər.

Xəbər lenti