Logo

BDU-nun tələbələrdən ibarət futzal komandası turnirin 3-cüsü olub - FOTO

04.05.2023 20:42 223 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət futzal üzrə yığma komandası Elm və Təhsil Nazirliyi və Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında keçirilən futzal turnirində lll yer uğrunda qarşılaşmada Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 33 ali təhsil müəssisəsi arasında keçirilən futzal turnirində BDU komandası bütün rəqiblərini üstələyərək turnirin qalibi olmuşdu.

Xəbər lenti