Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün saat 14:00-da Təzə Pir Məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salınacaq.
Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, məsələ nazirliyin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə qurum tərəfindən kömək göstərilib.
"Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir", - deyə Mədəniyyət Nazirliyindən bildirilib.