Logo

BDU-da Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın bağlanış mərasimi olub - FOTO

06.05.2023 16:36 459 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqı Ümummilli Lider, müstəqil dövlətimizin memarı və qurucusu, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü böyük sevinc və ehtiramla qarşılayır. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra gənclər, idman, elm və təhsil siyasəti dövlətin əsas prioritetləri sırasına daxil edilib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri həm təhsil, həm idman sahəsində bütün dünyada öz uğurları ilə seçilirlər.

Daha sonra idman yarışlarının qalibləri elan olunub.

Qeyd edək ki, Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarışlarda BDU-nun bütün fakültələrindən 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.

Spartakiada çərçivəsində keçirilən fakültələrarası futbol turnirində Tarix fakültəsi I, Hüquq fakültəsi II, Coğrafiya fakültəsi isə III yeri qazanıb.

Voleybol yarışlarında Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi I, Ekologiya və torpaqşünaslıq fakültəsi II, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi isə III yeri tutub.

Daha sonra şəxsi birincilik yarışlarının qalibləri mükafatlandırılıb. Qaliblər kubok və medallarla təltif olunublar.

Xəbər lenti