Logo

ADU tələbələri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriblər - FOTO

06.05.2023 19:07 570 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Fatimə Səmədzadənin rəhbərliyi ilə 20 saylı orta məktəbdə təcrübədə olan tələbələr Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə 6-cı sinif şagirdləri arasında müxtəlif viktorina və müsabiqələr keçirilib.

Şagirdlər konsert proqramında müxtəlif xalqların rəqs və mahnılarını ifa ediblər.

Tədbirdə Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko iştirak edib.

Səfir tədbirin sonunda öz ürək sözlərini deyib, şagirdlərə patriotizm və multikulturalizm dəyərlərinin aşılanılmasına görə tələbələrə təşəkkürünü bildirib.

Tədbirdən sonra tələbələr metodist F.Səmədzadə ilə birlikdə Fəxri xiyabana gedib, Heydər Əliyevin məzarını ziyarət ediblər.

Xəbər lenti