Azərbaycanda son sutkada koronavirus infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 3 nəfər vəfat edib.
Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 183 nəfərdir.