Logo

Peyvənd olunanların sayı açıqlanıb

06.05.2023 22:45 408 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 151 vaksin vurulub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 42, ikinci doza üzrə 82 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 22 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfər təşkil edib.

Xəbər lenti