Ötən il Bakı şəhərində uşaqların icbari təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi monitorinqlər də aparılıb.
"Tehsil.biz"in xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Bildirilib ki, həmin tədbirlər zamanı 91 şagirdin icbari təhsildən yayınması aşkarlanaraq valideynlərinə xəbərdarlıq edilməklə dərsə davamiyyətləri təmin olunub.