Dendrologiya İnstitutunun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri Mehriban Qafarova Anjelina gavalı sortunun Abşeronun quru-subtropik iqlim şəraitində reintroduksiyası, yetişdirilməsi aqrotexnikası ilə bağlı tədqiqatlar aparıb.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Tədqiqatlarda, həmçinin Anjelina gavalı sortunun Azərbaycanda iqtisadi səmərəliliyi göstərilmişdir. Müəyyən edilmişdir ki, 8-10 yaşında olan “Anjelina “gavalı sortunun bir ağacı 50-80 kq məhsul verir. Bir hektarda 400-ə qədər Anjelina gavalı ağacı yetişdirilir. Belə halda 1 hektardakı 400 ağacdan 20 tondan 32 tona qədər məhsul yığmaq olar.
Keçmiş dövrlərdə Azərbaycanın kənd təsərrüfatı sənayesinin meyvə ağaclarının tinglərinə əsas tələbatı digər ölkələrdən (İtaliya, Türkiyə) idxalın hesabına ödənilirdi. Odur ki, Azərbaycanın meyvə ağacları becərilən zonalarında Anjelina gavalı sortunun tingələrinin idxalının qarşısının alınması, bu məqsədlə bu gavalı sortunun tingələrinin yetişdirilməsi aktual bir məsələ kimi qarşıda durur.
Digər tərəfdən botanika bağlarında, dendrarilərdə əsasən dərman, efiryağlı bitkilər introduksiyası olunmasının çoxillik tarixi var. Ona görə ki, ədəbiyyat məlumatlarına görə ilk botanika bağları müalicə məqsədilə yaradılırdı. Beləliklə qədim dövrlərdə botanika bağlarının əsas vəzifəsi aptekləri müalicə məqsədilə bitki xammalı ilə təmin etmək idi.
Gələcəkdə botanika bağlarının, dendrarilərinin apardıqları elmi tədqiqatların potensialını artırmaq üçün xüsusi ixtisaslaşmış bağlar-kolleksiya genetik meyvə bağı yaradılması məqsəduyğundur.
Digər tərəfdən dərman bitkiləri yetişdirilən bağlarda qeyri-dərman bitkiləri də becərilirdi. Bizim müşahidəmizə görə dünyanın botanika bağlarında meyvə ağacları hər yerdə yetişdirilir. Lakin dünyanın botanika bağlarında meyvə bağları üçün xüsusi kolleksiyalar ayrılmır. Ona görə bizim əsas məqsədimiz kolleksiya genetik meyvə bağı yaratmaqdır. Ədəbiyyat nümulərinə görə Kaliforniya seliksionerləri 2 gavalı növünün yabanı və çin gavalılarının çarpazlaşdırılmasından gecyetişən Anjelina gavalı sortu yetişdirmişlər. Anjelina gavalı sortu 3m-ə qədər hündürlüyündədir. Ağac çətiri piramida formasındadır. Çiçəkləri ağdır, çətir çiçək qrupuna yığılmışdır. Meyvələr dəyirmidir, iridir. Meyvənin kütləsi 60-90qr-dır. Meyvənin ləti turş-şirindir, kəhraba-rəngindədir. Meyvənin qabığı tünd bənövşəyi rəngdədir. Çəyirdəyi kiçikdir, lətdən asan qopur.