Logo

“Babaların izi ilə” adlı dəyirmi masa keçirilib - FOTO

09.05.2023 10:31 400 baxış
IMG

Mayın 8-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Böyük Vətən Müharibəsinin 78-ci ildönümü ilə əlaqədar “Babaların izi ilə” adlı dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, Masallı Dövlət Rəsm Qalereyasının və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbidə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva və qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov  Böyük Vətən müharibəsi illərindən danışaraq qeyd ediblər ki, Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verib. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib.

Yekunda tədbir iştirakçıları Böyük Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər.

Xəbər lenti