Logo

Mətbuata bağlılığın 100 çaları

09.05.2023 10:45 281 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC)  “Heydər Əliyev İli” çərçivəsində ilk elmi seminarını təşkil etdi. Mövzu "Heydər Əliyev və Azərbaycan mediası" idi. Ümumiyyətlə, elmi seminarların səciyyəvi və xarakterik strukturunda rəsmilik əsas meyardır. Bugünkü tədbirdə isə rəsmiyyətdən çox doğmalıq hiss olunurdu.

Əvvəla, Heydər Əliyev Bakı Dövlət Universitetinin fəxri məzunu olub, ondan savayı, jurnalistləri özünə dost bilib. Rəsmi səfərlərində jurnalistləri yol yoldaşı, söz yoldaşı görüb. Mətbuat üzərindən senzuranı götürüb.

Heydər Əliyev tədbirlərin birində "Mən həmişə mətbuatla maraqlanmışam, qəzet, jurnalları oxumuşam, radio, televiziyada verilən məlumatlara diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti, beləliklə mənə çox yaxın olub" – deyə bildirib. 

Vaxtilə Jurnalistika fakültəsinin müəllimləri – Şirməmməd Hüseynov və Qulu Məhərrəmlinin təqdimatında AzTV-də efirə gedən məşhur “7 gün” proqramını izləyən Heydər Əliyev verilişdə səslənən vacib məsələlərdən birinin həyata keçməsi barəsində tapşırığını verib.

Heydər Əliyev hər zaman söz adamlarını, elm və sənət fədailərini xüsusi diqqətdə saxlayıb. Müəllimlərinə sonsuz ehtiramını bildirib. Təkcə mollanəsrəddinçi jurnalist Qulam Məmmədliyə olan sayğı və qayğısını söyləmək kifayətdir ki, Heydər Əliyevin mətbuata bağlılığı, doğmalığı bütün çalarları ilə agah olsun.

Əsgər İsmayılov

Xəbər lenti