Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 156 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 172 nəfərdir.
Ölkədə son sutka ərzində 1500, hazırkı dövrədək isə 7 599 421 test aparılıb.