Logo

Nazir Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb - FOTO

11.05.2023 09:43 331 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100-cü ildönümü münasibətilə xaricdə təhsil üzrə dövlət proqramları çərçivəsində Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, görüş həmçinin təhsil və gələcək imkanlarla bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilib.

Həm Sovet dönəmində, həm də müstəqillik illərində Heydər Əliyev azərbaycanlı tələbələrin dövrün ən yaxşı universitetlərində təhsil almalarına dəstək olurdu.

Azərbaycanın gələcəyi naminə başlıca olaraq təhsilə diqqət ayrılması Heydər Əliyev irsinin mühüm hissəsi olaraq hələ də davam edir.

Xəbər lenti