Logo

Dövlət Komitəsinin sədri beynəlxalq siyasi məsləhətçi ilə görüşüb - FOTO

11.05.2023 10:44 497 baxış
IMG

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı beynəlxalq münasibətlər üzrə araşdırmaçı, beynəlxalq siyasi məsləhətçi Sebastiyan Bussuas ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri qonağa ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verib. Dinə dövlət qayğısından da bəhs edən M.Qurbanlı Azərbaycanda 37 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını, 16 kilsə, 7 sinaqoq, eləcə də müxtəlif dinlərə məxsus ayrı-ayrı ibadət evlərinin fəaliyyət göstərdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir. Prezident İlham Əliyevin sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə məscidlərlə yanaşı, bir sıra kilsə, sinaqoqlar tikilib və bərpa olunub, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımı göstərilir, dini bayramlar yüksək səviyyədə qeyd olunur.

Görüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkən Mübariz Qurbanlı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpasının dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu deyib.

Qonaq Azərbaycanda müxtəlif dinlərə məxsus icmalara yüksək diqqət və qayğını, müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən həm mənəvi,  həm də maddi dəstək verilməsini unikal nümunə kimi dəyərləndirib. Həmçinin Komitə sədrinə dini sahə ilə bağlı müxtəlif suallar ünvanlayıb.

Sonda qonağa Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim edilib.

Xəbər lenti