Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov ilə Tatarıstan Respublikasının ölkəmizdəki daimi nümayəndəsi Murad Qadılşin arasında görüş keçirilib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə peşə təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Murad Qadılşin qeyd edib ki, sənayenin müxtəlif istiqamətləri, o cümlədən avtomobil, maşınqayırma və kənd təsərrüfatı yaxın gələcəkdə birgə kadr hazırlığı üçün əsas prioritet sahələr olaraq qəbul edilir.