Logo

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

11.05.2023 18:02 237 baxış
IMG

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir. İmtahan avqustun 26-da DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib k, imtahana qeydiyyat iyulun 12-dək aparılacaq.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının TKT Modul 1, TKT Modul 2, TKT Modul 3, TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) üzrə imtahan təşkil edir.

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Xəbər lenti