Mayın 15-də “Yeni çağırışlar” müzakirə proqramında Varkey Fondunun direktoru Avqustin Porres qonaq olacaq. Onunla “Müəllim nüfuzu” barəsində danışılacaq.
Bu barədə "Tehsil.biz"ə “T-Network”dan məlumat verilib. Bildirilib ki, fond tərəfindən “Təhsilin Nobeli” olaraq tanınan “Qlobal müəllim mükafatı” təsis edilib. Bu məqsədlə “İlin ən yaxşı müəllimi” seçilir və qalibə 1 milyon dollar mükafat verilir.
Əsasən qızların təhsili, təhsil texnologiyası və müəllim hazırlığı istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirən Varkey Fondu müəllimlərin nüfuzunu artırmaq üçün “Müəllim önəmlidir” və “Təhsil vasitəsi ilə həyatı dəyişdirmək” devizi ilə fəaliyyətini davam etdir.
A. Porres Argentinanın Təhsil Nazirliyində və Sosial Təminat Agentliyində məsul vəzifələrdə çalışıb. Varkey Fondundan əvvəl “FormarHub” Fondunun icraçı direktoru olub.
Qeyd edək ki, proqram “T-Network” platformasının rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.