Logo

“Heydər Əliyev və Gəncə” monoqrafiyası çap olunub

12.05.2023 10:04 248 baxış
IMG

AMEA-nın Gəncə Bölməsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində “Heydər Əliyev və Gəncə” adlı monoqrafiya işıq üzü görüb.

AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, “Elm” nəşriyyatında çapdan çıxan kitab Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncədə keçirilən ümumşəhər tədbiri zamanı geniş ictimaiyyətə təqdim edilib.

“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən monoqrafiyanın yazılmasında məqsəd Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan bu dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi dövrdə Gəncə şəhərində ictimai-siyasi və iqtisadi sahədə həyata keçirdiyi nəhəng layihələri bir daha yada salmaq, onların mahiyyətini gələcək nəslə çatdırmaq və şəhərimizin inkişafında rolunu qeyd etməkdir. Ümum­mil­li Li­der Hey­dər Əli­yev ir­si­nin öy­rə­nil­mə­si və hə­ya­ta ke­çir­di­yi möh­tə­şəm işlərin təd­qi­qi və araş­dı­rıl­ma­sı müs­tə­qil döv­lət­çi­li­yi­mi­zin qo­ru­nub sax­la­nıl­ma­sın­da və inki­şa­fın­da bö­yük əhə­miy­yət kəsb edir”, - deyə kitabın giriş hissəsində qeyd olunub.

Respublikamızın ikinci şəhərinin başlıca elm ocağının, AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarının Ulu Öndərin yubileyinə daha bir ərməğan kimi hazırladıqları “Heydər Əliyev və Gəncə” monoqrafiyasının layihə rəhbəri bölmənin sədri, akademik Fuad Əliyevdir. Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdə onun Gəncəyə səfərləri barədə müfəssəl məlumat, bu səfərlər zamanı Ümummilli Liderin çıxışlarının və dialoqlarının tam mətnləri ilə yanaşı, Gəncədən olan elm, təhsil, səhiyyə və mədəniyyət xadimlərinin Ulu Öndərlə bağlı xatirələri də yer alıb.

Kitab istər elmi-kütləvi, istər də tədqiqat xarakterli mötəbər mənbədir.

Xəbər lenti